» » Kanada aktiv neft quyularının sayı artmağa başlayıb

Kanada aktiv neft quyularının sayı artmağa başlayıb

Kanada aktiv neft quyularının sayı artmağa başlayıb

Kanadada aktiv neft quyularının sayı son 2 ay ərzində 77 ədəd və ya 3,7 dəfə artaraq 106 ədəd təşkil edib. ucarliyiq.biz ABŞ-ın "Baker Hughes" neft-qaz xidməti şirkətinin həftəlik hesabatına istinadən xəbər verir ki, bu müddət ərzində Kanadada aktiv qaz quyularının sayı isə 34 ədəd və ya 67% artaraq 85 ədədə yüksəlib.

Xatırladaq ki, Kanadada aktiv neft quyularının maksimal həddi 2012-ci il fevralın 24-də (526 ədəd) qeydə alınıb. Hazırda aktiv neft quyularının sayı tarixi rekord səviyyədən 420 ədəd və ya 5 dəfə azdır.

"Baker Hughes-in 8-14 iyul hesabatına əsasən, Kanadada aktiv neft quyularının sayı 1 ədəd və ya 0,95% artaraq 106, qaz quyularının sayı isə 15 ədəd və ya 21,4% artaraq 85 ədədə çatıb. Son bir il ərzində Kanadanın aktiv neft yataqlarının sayı 62 ədəd və ya 1,4 dəfə, qaz quyularının sayı isə 35 ədəd və ya 70% artım göstərib.

scroll top