» » Tbilisidə qazın qiyməti qaldırılıb

Tbilisidə qazın qiyməti qaldırılıb

Tbilisidə qazın qiyməti qaldırılıb

Gürcüstan Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyası Tbilisi əhalisi üçün qazın istehlak tarifini 1,2% artırıb.

“Report”un “Sputnik” agentliyinə istinadən verdiyi xəbərə görə, “KazTransQaz Tbilisi” qazpaylayıcı şirkətinin abonentləri üçün qazın 1 kubmetrinin tarifi ƏDV daxil olmaqla 46,153 tetriyə qədər artırılıb.

Dəyişiklik iyulun 20-də qüvvəyə minəcək və 2018-cı il dekabrın 31-dək qüvvədə qalacaq.

Tarifin qaldırılması ilə bağlı qərar şirkətin müraciəti əsasında qəbul edlib.

Hazırda Tbilisidə 1 kubmetr qazın tarifi 45,62 tetri təşkil edir.

scroll top