» » Petro Poroşenko: "Gürcüstan Mixail Saakaşvilinin ekstradisiyasını tələb etməyib"

Petro Poroşenko: "Gürcüstan Mixail Saakaşvilinin ekstradisiyasını tələb etməyib"


"Gürcüstan hakimiyyəti ölkənin sabiq prezidenti, hazırda Ukraynanın müxalifətçi siyasətçisi olan Mixail Saakaşvilinin ekstradisiyası tələbi ilə Ukrayna tərəfinə müraciət etməyib."

ucarliyiq.biz Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Tbilisidə Ukrayna Prezidenti Petro Poroşenko bildirib.

"Gürcüstan tərəfi Saakaşvilini ekstradisiya tələbi ilə Ukraynaya müraciət etməyib, müvafiq olaraq, Ukrayna bu məsələyə baxmayıb", - P.Poroşenko bildirib.

O, Gürcüstanın belə bir xahişlə müraciət edəcəyi halda Ukrayna hansı addımı atacaq sualına cavab verməkdən imtina edib.

P.Poroşenkonun sözlərinə görə, onların Gürcüstan hakimiyyəti ilə münasibətdə hər hansı siyasi, iqtisadi, humanitar, sosial problemləri yoxdur və iki ölkə arasında strateji tərəfdaşlıq mövcuddur.

Xatırladaq ki, 2013-ci ildə Georgi Marqvelaşvili ölkənin yeni prezidenti seçiləndən dərhal sonra M.Saakaşvili Gürcüstanı tərk edib. Gürcüstan Baş Prokurorluğu Saakaşviliyə qarşı qiyabi olaraq bir neçə cinayət işi üzrə ittiham irəli sürüb. Hazırda Gürcüstanın eks-prezidenti ölkə daxili axtarışdadır."

scroll top