» » Konqoda iki qəbilə arasında toqquşma olub: 50 ölü

Konqoda iki qəbilə arasında toqquşma olub: 50 ölü


Konqo Demokratik Respublikasının şərqində piqmey və bantu qəbilələri arasında baş vermiş toqquşmada 50 nəfər həlak olub.

ucarliyiq.biz xəbər verir ki, bu barədə "Reuters" yerli humanitar işçilərə istinadən məlumat yayıb.

Agentliyin müsahiblərinin sözlərinə görə, toqquşma Tanqanika vilayətində, Kalimie şəhəri yaxınlığında baş verib. Həlak olanların əksəriyyəti Luba etnik qrupunun üzvləridir.

"Əldə edilən informasiyaya görə, qrupa edilmiş hücum nəticəsində 50 nəfər öldürülüb", - deyə yerli qeyri-hökumət təşkilatı olan Kilsələrarası Şuranın sədri İlunqa Musafir bildirib.

"Reuters" bu rəqəmin son aylar baş vermiş etnik konfliktlər arasında ən böyük itki olduğunu qeyd edib.

scroll top