» » “Standard Insurance”də yeni təyinat olub

“Standard Insurance”də yeni təyinat olub


“Standard Insurance” Sığorta Şirkəti ASC-nin Biznesin İnkişafı Departamentinə yeni direktor təyin edilib.

“Report” şirkətə istinadən xəbər verir ki, bu, Cahangir Akif oğlu Axundovdur.

O, indiyə qədər “Standard Insurance”in Gəncə nümayəndəliyinin direktoru olub və yeni vəzifəsində Qoşqar Həsənovu əvəz edib.

Bundan başqa, şirkətin məsul aktuarisi Günay Mahir qızı Məmmədova işdən çıxıb. Onun yerinə hələlik təyinat olmayıb.

Xatırladaq ki, “Standard Insurance” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "AB Standard" QSC-yə məxsusdur.

“Standard Insurance” son vaxtlar yaşadığı maliyyə çətinlikləri ilə gündəmdədir.

scroll top