» » ABŞ-da aktiv neft quyularının sayı son 5 həftədə 3-cü dəfə azalıb

ABŞ-da aktiv neft quyularının sayı son 5 həftədə 3-cü dəfə azalıb

ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı iyulun 29-dan avqustun 4-dək davam edən həftə ərzində 4 ədəd və yaxud 0,42% azalaraq 954 ədəd təşkil edib.

Bu barədə ucarliyiq.biz ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir.

Qeyd edək ki, ABŞ-da aktiv neft-qaz quyularının sayı 23 həftəlik ardıcıl artımdan sonra son 5 həftə ərzində üç dəfə azalma, bir dəfə sabitlik, bir dəfə isə artım nümayiş etdirib. Buna baxmayaraq, ABŞ-da neft hasilatı hesabat həftəsində 20 min barel/gün və ya 0,21% artaraq 9,43 mln. barel/gün təşkil edib.

Son hesabat həftəsində aktiv neft quyularının sayı 1 ədəd və yaxud 0,14% azalaraq 765 ədəd, qaz quyularının sayı 3 ədəd və yaxud 1,56% azalaraq 189 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 0-a bərabər olub. Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 384 və yaxud 100,8%, qaz quyularının sayı isə 108 ədəd və ya 133,3%, ümumilikdə isə neft-qaz quyularının sayı 490 ədəd və yaxud 105,6% artıb.

Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən il mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,42 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 52,4% aşağıdır.

ucarliyiq.bizun analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neftin qiymətinin 45-55 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir: "Neftin qiymətinin 45 dollar/barel ətrafında olması ABŞ-da aktiv neft quyularının sayının artmasını ləngidə, 55 dollar/barelə yaxınlaşması isə quyuların sayının artmasını sürətləndirə bilər".

scroll top