» » Azərbaycanın könüllü sığorta bazarı 9% artıb

Azərbaycanın könüllü sığorta bazarı 9% artıb

Azərbaycanın könüllü sığorta bazarı 9% artıb
© Report.az

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən bu ilin yanvar-iyun ayı ərzində ümumilikdə 276,158 mln. manatdan çox sığorta haqqı toplanılıb.

Bu barədə ucarliyiq.biza Maliyyə Bazarlarına Nəzarət Platasından (MBNP) məlumat verilib.

Bildirilib ki, həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 124,41 mln. manat təşkil edib.

Bu ilin ilk yarısı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45 manatı ödəniş edilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 35 manat olub.

Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,666 mln. manat və ya 9,41% artaraq 193,802 mln. manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 23,427 mln. manat və ya 31,18% artaraq 98,573 mln. manata yüksəlib.

scroll top