» » Azərbaycanda daha 66 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb

Azərbaycanda daha 66 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb

Azərbaycanda daha 66 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb
© Report.az

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) sentyabrın 5-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirəcək.

ucarliyiq.biz xəbər verir ki, hərraca 66 əmlak, o cümlədən 22 kiçik dövlət müəssisə və obyekti, 17 istifadəsiz qeyri-yaşayış sahəsi, 20-i səhmdar cəmiyyət və 7 nəqliyyat vasitəsi çıxarılıb.

İnvestorlara təklif olunan səhmdar cəmiyyətləri arasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid, Bakıda və bögələrdə yerləşən müəssisələr var. Belə müəssisələrə “Yevlax Yun”, “Masazır Quşçuluq”, “Xaçmaz Mexanizasiya Nəqliyyat”, “Mingəçevir Qum Çınqıl”, “Ağcabədi Aqrotexservis”, “Zaqatala Sənaye Kombinatı” və digər səhmdar cəmiyyətlər aiddir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri isə paytaxtla yanaşı, Şəmkir, Masallı, İmişli, Cəlilabad, Göygöl, Daşkəsən və digər rayonlarda yerləşir. Məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aid bu əmlakların ümumi faydalı sahəsi 17 - 11 266 kv.m arasında dəyişir. Onlardan ilkin satış qiyməti ən yüksək olanı Balakən şəhərindəki “Əmlak Kompleksi”dir. Adı çəkilən obyekt 715 min manata təklif olunur. Onun ümumi faydalı sahəsi 11 min kv.m-dən çox, torpaq sahəsi isə 38 min kv.m-ə yaxındır. Bundan başqa, torpaq sahəsi 26 min kv.m, ümumi faydalı sahəsi isə 221,2 kv.m təşkil eden "Seyidlər üzüm emalı zavodu", Bakının Xəzər rayonunda yerləşən "Mərdəkan" restoranı da da özəlləşdirməyə çıxarılmış əmlaklar sırasındadır.

İstifadəsiz qeyri-yaşayış sahələrindən isə 14-ü paytaxtda, 3-ü digər şəhər və rayonlarda yerləşir. Bu kateqoriyaya aid olan əmlakların ümumi faydalı sahəsi 13-600 kv.m arasında dəyişir. Bunlardan biri Bakının Sabunçu rayonunda yerləşir ki, onun da ilkin satış qiyməti 8 500 manatdır.

scroll top