» » Dubayda mehmanxanada yanğın baş verib

Dubayda mehmanxanada yanğın baş verib


Dubayın turist axını ilə məşhur olan “Dubai Marina” rayonunda yanğın baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Mülki Müdafiə Xidməti məlumat yayıb.

Yanğın avqustun 7-də səhər saatlarında “Movenpick hotel Jumeirah Beach Residence” başlayıb.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan və ölən olmayıb.

Qeyd edək ki, bu, ötən iki həftə ərzində turistlər və ərazisində çox sayda əcnəbi vətəndaşların yaşaması ilə məşhur olan rayonda üçüncü yanğın hadisəsidir. Avqustun 4-də 87 mərtəbəli “Torch Tower”, avqustun 6-da isə 73 mərtəbəli “Tiger Tower” göydələn binalarda da yanğın baş verib.

Interesting facts scroll top