» » Azərbaycanda Malay-Yevlax dəmir yolu əsaslı təmir olunur

Azərbaycanda Malay-Yevlax dəmir yolu əsaslı təmir olunur


Bu gün Bakı-Böyük Kəsik istiqamətində 600 km-lik dəmir yolunun Malay-Yevlax mənzilində 8 km uzunluğunda yolun əsaslı təmirinə start verilib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən ucarliyiq.biza daxil olan məlumata görə, əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC həyata keçirir. Təmir işləri bir həftə davam edəcək.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi"nin II mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkətləri arasında “Azərbaycan Respublikası dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.

Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonunda başlanılıb və bu günə kimi 328 km dəmir yolu əsaslı təmir olunub.

scroll top