» » Türkiyədə İŞİD üzvü olmaqda şübhəli bilinən 5 əcnəbi tutulub

Türkiyədə İŞİD üzvü olmaqda şübhəli bilinən 5 əcnəbi tutulub


Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) İstanbul bölgə, yerli polis idarəsi və Terrora qarşı Mübarizə Şöbəsinin birgə fəaliyyəti nəticəsində terrorçu İŞİD qruplaşması adından terror törətməyi planlaşdırmaqda şübhəli bilinən 5 əcnəbi tutulub.

ucarliyiq.biz "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyat Başakşəhrdə 2 ünvanda keçirilib.

Məlumata görə, onlar Türkiyədə silahlı hücumlar təşkil etməyi planlaşdırırmış.

Xəbərdə bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəlilərin qaldığı mənzildən 3 ədəd odlu silah, səs batırıcı, elektron versiyada təbliğat materilları aşkarlaraq götürülüb.

Tutulanların kimliyi və etnik mənsubiyyəti dəqiqləşdirilir.

scroll top