» » SKMF Saatlıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Saatlıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb


İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Saatlı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

Bu barədə “Report”a nazirlikdən bildirilib.

Məlumatda deyilir ki, iş adamlarından əkinçilik (qarğıdalı, soya, mərci və noxud), intensiv bağçılıq (nar, gilas, gavalı), kiçik həcmli istixana və cins heyvandarlıq təsərrüfatlarının, eləcə də süd emalı və çörək istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

scroll top