» » Almaniya 5,5 mln. avtomobili geri çağıracaq

Almaniya 5,5 mln. avtomobili geri çağıracaq


Almaniyada dizel yanacağı ilə işləyən 5,5 mln. maşın geri çağırılacaq.

ucarliyiq.bizun "Autovesti" saytına istinadən məlumatına görə, Almaniyanın üç əsas avtomobil istehsalçı şirkətinin rəhbəri dizel mühərriki ilə işləyən avtomobillərin potensial şəkildə qadağan edilməsinə dair yerli hökumətlə razılıq əldə etməyə nail olub.

Xüsusilə "Euro5" və "Euro6" ekoloji standartlara cavab verməli olan dizel mühərriklərə şamil olunacaq qərara əsasən problemli maşınlar sadəcə təmir olunacaq. "Volkswagen" 3,8 mln., "Daimler" – təxminən 900 min, "BMW" isə təqribən 300 000 min mühərrikli avtomobili servisə göndərəcək.

"Autocar" nəşrinin məlumatına görə, bütün potensial problemli mühərriklərin idarəetmə proqramları dəyişdiriləcək. İdarəetmə softunun yenilənməsi zərərli tullantıların - ilk növbədə azot oksidinin üç dəfə həcminin azalmasına imkan verəcək. Proqram təminatının yenilənməsi avtomobil sahibləri üçün pulsuz həyata keçiriləcək. Bundan başqa, bu cür avtomobil sahibləri nəqliyyat vasitələrini daha müasir, texnoloji cəhətdən təkmilləşdirilmiş və ekoloji təmiz vasitələrə dəyişmək istərlərsə, onlara xüsusi güzəştlər təqdim olunacaq.

scroll top