» » Bəzi ölkələrdə "Facebook" və "Instagram"ın işində nöqsanlar müşahidə olunur

Bəzi ölkələrdə "Facebook" və "Instagram"ın işində nöqsanlar müşahidə olunur


Bazar ertəsi səhər saatlarından Avropanın şimal və şərq hissəsində yerləşən ölkələrdə, o cümlədən Rusiyada "Facebook" və "Instagram"ın işində nöqsanlar müşahidə olunur.

ucarliyiq.biz xəbər verir ki, bu barədə məşhur internet resurslarını izləyən "Downdetector" xidmətindən bildirilib.

Məlumata görə, nöqsanlar Norveç, Finlandiya, Danimarka, Latviya, İsveç, Estoniya, Rusiya və digər ölkələrdən olan istifadəçilərə təsir göstərib.

"Facebook" şirkətindən bildirilib ki, hazırda nöqsanların aradan qaldırılması üzərində iş gedir.

scroll top