» » Bitkoin rekordunu yeniləyib

Bitkoin rekordunu yeniləyib


Bitkoin - virtual kriptovalyuta ilə bağlı ötən həftə yayılan xəbərlərə baxmayaraq, həftənin son iş günü, avqustun 4-də onun qiyməti 16% artaraq 3 292 dollara çatıb. Qeyd edək ki, bundan əvvəlki rekord səviyyə iyunun 11-də (3 000 dollar) qeydə alınıb. ucarliyiq.biz xəbər verir ki, ötən həftə bitkoin virtual kriptovalyutasının yeni qolu olan "bitcoin cash" maliyyə bazarlarına daxil olub. Bitkoin yaradıcıları ilə maynerlər arasında blokun həcminin artırılması ilə bağlı mübahisəyə baxmayaraq virtual valyutaya tələb artmaqda davam edib.

Honq-Konqda yerləşən "Gatecoin Ltd." kriptovalyuta birjasının direktoru Aurelien Menatın sözlərinə görə, "radikal ruhlu maynerlərin hərəkətlərinə baxmayaraq, bitkoinin perspektivlərinə mənfi təsir olmayıb".

Qeyd edək ki, mübahisənin səbəbi onun populyarlıq qazanması səbəbindən artan tranzaksiyaların blokçeynin həcminə uyğun olmaması və yavaş hərəkət etməsidir. Avqust ayında maynerlərlərin yeni sistemə keçərək blokun həcmini 2 meqabayta çatdıracaqları gözlənilir.

scroll top