» » Azərbaycan Ukraynadan 2,8 ton şəkər alıb

Azərbaycan Ukraynadan 2,8 ton şəkər alıb

Azərbaycan Ukraynadan 2,8 ton şəkər alıb

Ukrayna iyul ayı ərzində 13,3 min ton şəkər ixrac edib.

ucarliyiq.biz Ukrayna KİV-inə istinadən xəbər verir ki, əsas tədarüklər Tacikistan ( 4,3 min ton), Azərbaycan (2,8 min ton), Qırğızıstan (2,5 ton) və Gürcüstana (2,0 ton) reallaşdırılıb.

Qeyd edək ki, Ukrayna istehsalçıları 2016/2017-ci marketinq ili ərzində (sentyabr-iyul) xarici bazarlara 751 min ton şəkər tədarük ediblər.

Marketinq ili yekunlaşmasa da, yerli şəkər istehsalçıları ötən illə müqayisədə tədarükün həcmini 6 dəfə artırıblar. 2015/2016-cı marketinq ilində bu rəqəm 132,2 min ton təşkil edib.

scroll top