» » ABŞ-da ayı yolsuzluq avtomobilini "oğurlayıb"

ABŞ-da ayı yolsuzluq avtomobilini "oğurlayıb"

Amerikanın Kolorado ştatındakı Duranqo şəhərində qəribə hadisə baş verib.

ucarliyiq.biz xəbər verir ki, ayı yolsuzluq avtomobilini "oğurlayıb" və qəza törədib.

Gecə vaxtı ayı həyətdə dayanan maşının içinə girib. Maşını əl əyləcindən çıxarıb. Bu zaman yoxuşda üzü aşağı dayanan maşın hərəkət etməyə başlayıb. Amma "oğru" çox uzağa gedə bilməyib. Maşın aşağıda dayanan poçt qutusuna dəyərək dayanıb.

Maşın hərəkət edərkən ayı da boş dayanmayıb. Panikaya düşən heyvan maşının sükanını, radiosunu, arxa şüşəsini və digər hissələrini qırıb.

Interesting facts scroll top