» » Hakerlər Venesuelanın dövlət orqanlarının saytlarını dağıdıblar

Hakerlər Venesuelanın dövlət orqanlarının saytlarını dağıdıblar


Hakerlər Venesuelanın bir sıra dövlət orqanlarının saytlarına hücum ediblər.

ucarliyiq.biz xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Məlumata əsasən "İkili mühafizlər" haker qrupu Venesuelanın Ali məhkəməsi, Milli Assambleya (parlament) və Milli Seçki Şurasının saytlarını dağıda biliblər.

Kiber cinayətkarlar, həmçinin prezident administrasiyasının, polis və Karakas icra hakimiyyətinin saytlarına da çıxış əldə ediblər.

Milli Seçki Şurasının saytına Çarli Çaplinin "Dahi diktator" filmindən olan monoloqunu yerləşdiriblər.

scroll top