» » Hakerlər Venesuelanın dövlət orqanlarının saytını dağıdıblar

Hakerlər Venesuelanın dövlət orqanlarının saytını dağıdıblar


Hakerlər Venesuelanın bir sıra dövlət orqanlarının saytına hücum ediblər.

ucarliyiq.biz xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Məlumata əsasən, "İkili mühafizlər" haker qrupu Venesuelanın Ali Məhkəməsi, Milli Assambleya (parlament) və Milli Seçki Şurasının saytlarını dağıdıb.

Kiber cinayətkarlar, həmçinin Prezident Administrasiyasının, polis və Karakas İcra Hakimiyyətinin saytlarına da çıxış əldə ediblər.

Milli Seçki Şurasının saytına Çarli Çaplinin "Dahi diktator" filmindən olan monoloqu yerləşdirilib.

scroll top