» » SOCAR büdcəyə ödənişləri 2 dəfə artırıb

SOCAR büdcəyə ödənişləri 2 dəfə artırıb


Bu ilin iyul ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dövlət büdcəsinə 128,954 mln. manat vəsait ödəyib.

Bu barədə “Report”a SOCAR-dan bildirilib.

Məlumata görə, bu rəqəm ötən ilin iyul ayı ilə müqayisədə 1,755 mln. manat və ya 2,01 dəfə çoxdur. Ümumilikdə 2017-ci ilin yanvar-iyul aylarında SOCAR-dan büdcəyə 914,566 mln. manat vəsait ödənilib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 125,625 mln. manat və yaxud 2,16 dəfə çoxdur.

Bundan əlavə, ötən ay SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 2,959 mln. manat vəsait köçürüb. Bu isə 1 il əvvələ nisbətən 875 min manat və yaxud 2,07 dəfə çoxdur. Ümumilikdə bu ilin yanvar-iyul aylarında SOCAR-dan DSMF-yə ödəniş 87,251 mln. manat təşkil etdib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,635 mln. manat və yaxud 2,07 dəfə çoxdur.

scroll top