» » "S&P": ABŞ sanksiyaları Avropada qaz problemi yarada bilər

"S&P": ABŞ sanksiyaları Avropada qaz problemi yarada bilər


Qaz boru kəmərlərinin çəkilişində yaranan çətinliklər səbəbindən avropalı istehlakçılar qiymət artımı və hətta çatdırılma problemi ilə üzləşə bilər. ucarliyiq.biz "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu fikiri barədə "S&P" beynəlxalq reytinq agentliyi səsləndirib.

Agentliyin analitikləri hesab edirlər ki, ABŞ tərəfindən Rusiyaya qarşı qəbul edilən yeni sanksiyalar Avropanın qaz bazarında qeyri-müəyyənliklər yarada bilər. "S&P"-nin hazırladığı hesabatda qeyd olunub ki, sanksiyalar yeni qaz boru kəmərlərinin çəkilişinə mane ola, hətta bu layihələrin ləğv olunmasına gətirib çıxara bilər. Həmçinin bildirilir ki, sanksiyalar Rusiyadan yanacağın çatdırılmasında problemlər yarada bilər. Agentliyin fikrincə, qaz qiymətlərinin 30% artması ABŞ-dan Avropaya qaz nəqlini rentabelli edəcək.

Qeyd edək ki, avqust ayının 2-də ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar paketi barədə qanun imzalayıb. Sənədə əsasən, rəsmi Vaşinqton "Şimal axını-2" qaz boru kəmərinin çəkilməsinə qarşı çıxış edir.

scroll top