» » İranda İŞİD-lə əməkdaşlıqda şübhəli bilinən 27 nəfər həbs olunub

İranda İŞİD-lə əməkdaşlıqda şübhəli bilinən 27 nəfər həbs olunub

İranın İnformasiya və Kəşfiyyat İdarəsi (ETTELAAT) ölkənin dini müqəddəs şəhərlərində və mərkəzində terror törətməyi planlaşdırmaqda və terrorçu İŞİD qruplaşmasına üzv olmaqda şübhəli bilinən 27 nəfəri həbs edib.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bu haqda ETTELAAT məlumat yayıb.

İnformasiyaya əsasən, şübhəlilər xüsusi əməliyyat nəticəsində ələ keçirilib.

Məlumata görə, onların 10-u İrandan xaricdə, 17-si isə ölkə daxilində tutulub.

scroll top