» » Argentinanın keçmiş prezidentinin parlament seçkilərində namizədliyini irəli sürməsinə icazə verilməyib

Argentinanın keçmiş prezidentinin parlament seçkilərində namizədliyini irəli sürməsinə icazə verilməyib


Argentinanın Milli Seçki Palatası ölkənin keçmiş prezidenti və fəaliyyətdə olan senator Karlos Menemin parlamentin Yuxarı Palatasına seçkilərdə namizədliyini irəli sürməsinə icazə verməyib.

“Report” TASS-a istinadən xəbər verir ki, Seçki Palatasının qərarı K.Mememin 2013-cü ilin iyununda silah qaçaqmalıçılığında iştirakı ilə bağlıdır.

O, həmin il bu cinayətdə iştirakına görə 7 il azadlıqdan məhrum edilib. Məhkəmə ona 14 il ərzində siyasətlə məşğul olmağı və dövlət strukturlarında vəzifə tutmağı qadağan edib.

Məlumatda bildirilib ki, 2015-ci ildə isə məhkəmə K.Menemi israfçılığa görə 4,5 il azadlıqdan məhrum edib. Onu həbsdən senator olduğu üçün malik olduğu toxunulmazılğı xilas edib.

Keçmiş prezident namizədliyini La-Rioxa əyalətindən irəli sürmək istəyib. O, avqustun 13-də keçiriləcək ilkin seçkilərdə müxalifətdə olan Xustisialist Partiyasının siyahsında başçılıq etməli idi.

Qeyd edək ki, Argentinada Yuxarı Palataya seçkilər bu il oktyabrın 22-nə təyin olunub.

scroll top