» » “Silkway Bank”ın rəhbərliyində dəyişikliklər olub

“Silkway Bank”ın rəhbərliyində dəyişikliklər olub


“Silkway Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağının 7 avqust 2017 il tarixli qərarına əsasən Bankın idarəetmə orqanlarında dəyişiklik olub.

“Report” “Silkway Bank”a istinadən xəbər verir ki, Bankın İdarə Heyətinin (İH) sədri Elçin Eldar oğlu Əhmədov Müşahidə Şurasının sədri təyin edilib. Onun yerinə isə İH-nin sədr müavini Mahir Əvəz oğlu Əhmədov isə gətirilib.

Xatırladaq ki, "Silkway Bank" 2008-ci ildə yaradılıb, 1993-cü ildən fəaliyyət göstərən "Azal Bank"ın hüquqi varisidir. Onun nizamnamə kapitalı 101,545 mln. manatdır. Bankın səhmlərinin 69,7%-i Zərifə Həmzəyevaya, 30%-i daxil olduğu “Silkway Holding” MMC-nin tərkibindəki “VİP Aviasiya Xidmətləri” MMC-yə, 0,3%-i isə E.Əhmədova məxsusdur.

scroll top