» » Dünyanın ən varlı adamının şirkəti Azərbaycan məhsullarını satacaq

Dünyanın ən varlı adamının şirkəti Azərbaycan məhsullarını satacaq

Dünyanın ən varlı adamının şirkəti Azərbaycan məhsullarını satacaq

“Azexport”un “Amazon”la əməkdaşlığı çərçivəsində "Fulfillment by Amazon" (FBA) xidməti indi Azərbaycanlı iş adamlarına da əlçatan olub.

Bu barədə “Report”a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, “Amazon FBA” xidməti Azərbaycan sahibkarlarına məhsullarını ABŞ-da yerləşən 100-dən çox anbarda yerləşdirmə, saxlanma, qablaşdırma və çatdırılma xidməti təklif edir. Maraqlı olan iş adamları “Azexport”a (https://azexport.az/index.php?route=information/contact) müraciət edə bilərlər.

Qeyd edək ki, “Amazon.com” dünyada İnternet üzərindən satışları həyata keçirən ən irimiqyaslı portaldır. “Azexport” portalı həmçinin “Alibaba”, “e-Bay” və “Allbiz” kimi iri portallara da inteqrasiya olunub, Azərbaycan məhsullarını bütün dünyaya sərgiləyir.

Qeyd edək ki, ən son açıqlanan statistikaya görə, "Amazon-in rəhbəri Ceff Bezos (Jeff Bezos) dünyanın ən varlı adamıdır.

scroll top