» » Fransada 8 yeniyetmə ildırım vurmasından xəsarət alıb

Fransada 8 yeniyetmə ildırım vurmasından xəsarət alıb


Fransada bazar ertəsi axşam saatlarında 8 yeniyetmə ildırım vurmasından xəsarət alıb.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, hadisə Fransanın cənub-şərqindəki Vyen kommunasında çadır düşərgələrindən birində yerli vaxtla saat 19:00-da baş verib.

Yerli qurumların ilkin məlumatlarına görə, ildırım kempinqdə quraşdırılan elektrik panelinə düşüb. Təbii fəlakət nəticəsində 7 nəfər yüngül xəsarət alıb. On beş yaşlı uşağın isə ürəyi dayanıb. Təcili sürətdə xəstəxanaya çatdırılan yeniyetmənin indiki vəziyyətini həkimlər çox ağır iymətləndirirlər.

scroll top