» » "S&P": TAP tikintisi Albaniya iqtisadiyyatının böyüməsinə təsir edəcək

"S&P": TAP tikintisi Albaniya iqtisadiyyatının böyüməsinə təsir edəcək


“Böyük enerji layihələrində iştirak, xüsusən də Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi 2017-ci ildə ölkənin iqtisadi böyüməsinə əhəmiyyətli dərəcədə təsir edəcək”. “Report” xəbər verir ki, bu barədə “Standard & Poors” (S&P) beynəlxalq reytinq agentliyinin Albaniya haqqında açıqladığı hesabatda deyilir.

"S&P" hesab edir ki, fiskal konsolidasiya ölkənin borclarının azalmasına təsir edəcək.

Qeyd edək ki, Agentlik Albaniyanın reytinqini “B+”, proqnozu isə "stabil" olaraq müəyyən edib.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

scroll top