» » Türkiyədə AKP-nin rayon təşkilatının sədri öldürülüb

Türkiyədə AKP-nin rayon təşkilatının sədri öldürülüb

Türkiyədə AKP-nin rayon təşkilatının sədri öldürülüb

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Kocaeli əyaləti Kandıra rayon təşkilatının sədri Cevat Taşdelen güllələnərək öldürülüb.

“Report” CNNTürk-ə istinadən xəbər verir ki, o, sahib olduğu un məmulatları firmasına gələn silahlı kişi tərəfindən qətlə yetirilib.

Cinayətin törədilməsində şübhəli bilinən şəxs tutulub.

Cevat Taşdelen AKP Kandıra rayon təşkilatı İdarə Heyətinin üzvü olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

scroll top