» » Böyük Britaniya hökuməti şirkətləri böyük məbləğdə pul cəzası ilə hədələyib

Böyük Britaniya hökuməti şirkətləri böyük məbləğdə pul cəzası ilə hədələyib


Böyük Britaniya hökuməti kiberhücumlardan kifayət qədər müdafiə olunmayan şirkətləri 17 milyon funt sterlinqədək (22 milyon ABŞ dollar) cərimələyəcəyi ilə hədələyib.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, belə xəbərdarlıq Birləşmiş Krallığın Rəqəmsal Texnologiya, Mədəniyyət, Kütləvi İnformasiya Vasitələri və İdman Nazirliyi tərəfindən milli kibertəhlükəsizliyin qorunması üzrə tədbirlərin müzakirəsi ilə əlaqədar yayılmış məlumatda olunub.

Məlumatda şirkətlərin müvafiq kibertəhlükəsizlik səviyyəsi təmin edə bilməyəcəyi təqdirdə 17 milyon funt sterlinqə qədər və ya ümumi dövriyyənin 4%-i həcmində cərimələnəcəyi göstərilib.

Nazirlik bu addımların ölkənin elektrik enerjisi, nəqliyyat, su təchizatı, energetika, səhiyyə və rəqəmsal infrastruktur sahələri üzrə operatorlarını artmaqda olan kibertəhdidlərlə mübarizəyə inandıracağını hesab edir.

Interesting facts scroll top