» » Ukrayna son iki ayda İrandan 5,7 mln. dollarlıq neft alıb

Ukrayna son iki ayda İrandan 5,7 mln. dollarlıq neft alıb


İyundan etibarən İrandan neft almağa başlayan Ukrayna artıq bu ölkədən 5,7 mln. dollar dəyərində xam neft idxal edib.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, Ukrayna bazarına iyunda 0,236 mln. dollar, iyulda 5,442 mln. dollar dəyərində İran nefti daxil olub.

Ümumiyyətlə, Ukrayna bu ilin 7 ayı ərzində əsasən Azərbaycan və Qazaxıstandan olmaqla cəmi 213 mln. dollar dəyərində 508,105 min ton neft idxal edib.

2016-cı ildə Ukrayna 173,8 mln. dollar dəyərində xam neft və qaz kondensatı idxal edib ki, bu da 2015-ci illə müqayisədə 2,1 dəfə çoxdur.

scroll top