» » Səudiyyə Ərəbistanı sentyabrda Asiyada neft satışını 10%-dək azaldacaq

Səudiyyə Ərəbistanı sentyabrda Asiyada neft satışını 10%-dək azaldacaq


Dünyanın ən böyük neft ixrac edən ölkəsi olan Səudiyyə Ərəbistanı sentyabr ayında Asiya qitəsində yerləşən əsas müştərilərinə neft ixracını 10%-dək azaldacağını bildirib. ucarliyiq.biz "Reuters" agentliyinə istinadən xəbər verir ki, satışın həcminin azaldılması hasilatın azaldılması ilə bağlı anlaşma çərçivəsində həyata keçiriləcək.

"Reuters" agentliyinin fikrincə, ixrac həcminin azalması 7 neftayırma zavodundan 4-nə şamil olunacaq. Əsas azalma Çinə ixracın həcmində baş tutacaq. S.Ərəbistanı bu ölkəyə neft ixracını 5-10% azaltmağı düşünür. Qeyd edək ki, analitiklər S.Ərəbistanının ixrac həcmini azaltmasını yerində atılmış addım kimi qiymətləndirirlər. Belə ki, "Thomson Reuters Oil Research-in hazırladığı hesabata görə, iyul ayında OPEC-in neft ixracı iyun ayı ilə müqayisədə 370 min barel və ya 1,44% artaraq 26,11 mln. barel/günə çatıb. Əsas artım Nigeriyanın ixrac həcmində qeydə alınıb və 260 min barel təşkil edib.

scroll top