» » İranın yeni hökumətinin üzvlərinin siyahısı parlamentə təqdim olunub - SİYAHI

İranın yeni hökumətinin üzvlərinin siyahısı parlamentə təqdim olunub - SİYAHI


İran prezidenti Həsən Ruhani 12-ci hökumət üzvlərinin siyahısını parlamentin Rəyasət Heyətinə təqdim edib.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, 17 nəfərin daxil olduğu yeni hökumət üzvlüyünə namizədlər arasında qadın yoxdur.

Məlumata görə, nazir postuna ən gənc namizədin 36 yaşı var. Məhəmmədcavad Azəri-Cehrumi informasiya və elmi-texnologiya naziri vəzifəsinə namizd göstərilib. Ən yaşlı namizəd isə 65 yaşlı hazırkı neft naziri Bijen Namdar-Zəngənədir.

Xarici işlər naziri Məhəmmədcavad Zərif (58 yaşında) də öz vəzifəsini qoruyub.

Nazir postuna başqa namizədlər bunlardır: Təhsil naziri Məhəmməd Becai (54 yaşında), informasiya və kəşfiyyat naziri (ETTELAAT) Mahmud Ələvi (63), iqtisadiyyat naziri Məsud Kərbasian (61), səhiyyə naziri Həsən Qazızadə-Haşimi (58), əmək və sosial işlər naziri Əli Rəbii (62), kənd təsərrüfatı naziri Mahmud Hüccəti (62), ədliyyə naziri Əlirza Avai, müdafiə naziri Əmir Hatəmi (51), yol və şəhərsalma naziri Abbas Axundi (60), sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriətmədari (57), mədəniyyət və irşad naziri Abbas Salehi (54), daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli (58), energetika naziri Həbibullah Bitrərəf (61), gənclik və idman naziri Məsud Sultanifər (58).

Beləliklə, əvvəlki hökumətdə çalışmış 9 nazir öz vəzifəsini qoruyub, hökumətə 8 yeni üzv daxil edilib.

İran parlamentinin reqlamentinə əsasən, bir həftədən sonra adlarını qeyd etdiyimiz hər bir namizədə ayrıca səs veriləcək.

Xatırladaq ki, bu il fevralın 26-da İranda parlament seçkiləri keçirilib. Parlamentin 290 üzvü var.

scroll top