» » “Azəriqaz”ın abonentlərinin sayı 2,056 mln.-a çatıb

“Azəriqaz”ın abonentlərinin sayı 2,056 mln.-a çatıb


Bu ilin yanvar-iyul ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 52 194 yeni abonent qeydiyyata alınıb ki, bunun da 24 615-i Bakı, Abşeron və Sumqayıt, 27 579-u isə regionlar üzrədir. Bunu “”Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin ümumi sayı 2 056 346-ya çatıb.

Onu da qeyd edək ki, bu il avqustun 1-i tarixinə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 440 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.

scroll top