» » Çinin xarici investisiyalarının yaxın 10 ildə 1,5 trln. dollara çatması gözlənilir

Çinin xarici investisiyalarının yaxın 10 ildə 1,5 trln. dollara çatması gözlənilir


Çin yaxın 10 ildə xarici ölkələrə 1,5 trln. ABŞ dolları həcmində investisiya qoyacaq.

ucarliyiq.biz "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu məlumat Britaniyanın "Linklaters" hüquq şirkətinin hesabatına əsasən yayılıb. Qeyd edək ki, "Linklaters" qiymətli kağızların alqı-satqısı və şirkət birləşmələri üzrə mütəxəssisləşmiş nüfuzlu şirkətdir.

Şirkətdən verilən məlumata görə, son 10 ildə Çinin xaricə investisiyaları 880 mln. dollar təşkil edib. Bu da o deməkdir ki, növbəti 10 ildə investisiyalar 70%-dən çox artım göstərəcək. Hesabatda qeyd olunub ki, Çinin dövlət siyasəti əsasən istehsal sahələrinin, yüksək texnologiya sektorunun və beynəlxalq ticarətə investisiyaların stimullaşdırılmasına yönəldilib. Qeyd edək ki, bir çox ölkə Çin şirkətlərinin strateji əhəmiyyətli layihələrə investisiya yatırmasına qarşı çıxır.

scroll top