» » Brüssel polisi maşınında bombaolduğunu deyən sürücünü saxlayıb

Brüssel polisi maşınında bombaolduğunu deyən sürücünü saxlayıb

Brüssel polisi maşınında bombaolduğunu deyən sürücünü saxlayıb

Brüssel polisi bu gün işıqforun qırmızı işığından keçən və maşınında bomba olduğunu bildirən sürücünü saxlayıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə şəhər prokurorluğunun rəsmi nümayəndəsi məlumat verib.

"Sürücü ən azı bir qadağanedici siqnaldan keçib və polisin dayan əmrinə məhəl qoymayıb. Bundan sonra təqib başlayıb. Polis avtomobilə bir dəfə atəş açıb. Onu saxlamaq mümkün olub", - məlumatda bildirilib.

Maşın Anderlext kommunasından Molenbek kommunasına gedirdi. Hər iki kommunanın sakinləri arasında daha çox terrorçuluq ittihamları olur.

Qaydaları pozan şəxs isə saxlanıldıqdan sonra maşınında bomba olduğunu deyib. Polis isə istehkamçılar çağırarıb.

İndi polis istehkamçıların araşdırmasının nəticəsini gözləyir.

scroll top