» » Monteneqroda kilsənin yaxınlığında partlayış olub

Monteneqroda kilsənin yaxınlığında partlayış olub

Montoneqronun paytaxtı Podqoritsada Müqəddəs İsa Məsihin Dirlişi kilsəsinin yaxınlığında partlayış olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Monteneqronun dövlət televiziyası məlumat yayıb.

İnformasiyaya əsasən, partlayış avqustun 9-da səhər saatlarında baş verib.

Hadisə nəticəsində ölən və yaralanan olmasa da, kilsəyə yaxın binalara və ətrafdakı avtomobillərə ziyan dəyib.

Partlayışın səsi şəhərin bütün hissələrində eşidilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Interesting facts scroll top