» » Azərbaycanda mərkəzləşmiş öhdəliklər kəskin artıb

Azərbaycanda mərkəzləşmiş öhdəliklər kəskin artıb

Azərbaycanda mərkəzləşmiş öhdəliklər kəskin artıb
© Report.az

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları və BOKT-ların Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında olan məcmu öhdəlikləri 2017-ci il iyulun 1-nə 6 847,9 mln. manat təşkil edib.

ucarliyiq.biz-in AMB-yə istinadən verdiyi xəbərə görə, öhdəliklərin həcmi iyunun 1-nə olan analoji göstərici ilə müqayisədə 397,3 mln. manat və ya 6,16% artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 71,2 mln. manat və ya 1,03% azalıb.

Qeyd edək ki, bankların AMB-yə öhdəliklərinin bu günədək maksimal həddi 2016-cı ilin oktyabrında qeydə alınıb və 7 507 mln. manat təşkil edib. Son göstəricinin maksimal həddən 659,1 mln. manat və ya 8,78% aşağı olduğu bildirilir.

ucarliyiq.biz-in analitik qrupu qeyd edir ki, bank sektorunun II rübdə mənfəət əldə etməsi fonunda kommersiya bankları və BOKT-ların mərkəzləşmiş öhdəliklərinin kəskin artması Azərbaycan Beynəlxalq Bankının borclarının restrukturizasiyası prosesi ilə bağlı ola bilər.

scroll top