» » Ermənistanda universitet binasında yanğın olub

Ermənistanda universitet binasında yanğın olub


Yerevandakı Ermənistan Dövlət Politexnik Universitetinin binasında yanğın baş verib.

ucarliyiq.biz Ermənistan KİV-inə istinadən xəbər verir ki, yanğın binanın 3-cü və 4-cü mərtəblərində qeydə alınıb.

Məlumata görə, hadisə zamanı 3-cü mərtəbədə sanitar qovşağı olan otağın tavanının 9 kv metri, kimyəvi laboratoriyanın tavanı, eləcə də kimyəvi maddələr saxlanılan yerin divarı və pəncərəsi yanıb.

Yanğının səbəbləri araşdırılır.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bu universitetin məzunudur.

scroll top