» » Fransa rəsmiləri hərbçilərə hücumun planlı iş olduğunu bildiriblər

Fransa rəsmiləri hərbçilərə hücumun planlı iş olduğunu bildiriblər

Fransa rəsmiləri hərbçilərə hücumun planlı iş olduğunu bildiriblər
© AFP

"Paris yaxınlığında avtomobillə hərbçilərə hücum əvvəlcədən planlaşdırılıb."

ucarliyiq.biz RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə hadisənin baş verdiyi Levallua-Perre şəhərinin meri Patrik Balkani bildirib.

"Bu avtomobil kazarmanın yanında dayanmışdı. Çox güman, sürücü məhz hərbçilərin kazarmadan çıxışını gözləyib. Hesab edirəm ki, bu hadisəni əvvəlcədən planlaşdırılmış iş adlandırmaq olar", - P.Balkani BFMTV telekanalının efirində deyib.

O, BMW markalı avtomobilin fəal axtarışının davam etdirildiyini söyləyib.

Xatırladaq ki, çərşənbə günü səhər saatlarında "Sentinelle" əməliyyatında iştirak edən hərbçilərin bir qrupu kazarmadan çıxan zaman avtomobilin hücumuna məruz qalıb. Altı nəfər yaralanıb. Sürücü hadisə yerindən qaçmağa müvəffəq olub.

Interesting facts scroll top