» » Azərbaycanda bankların xarici öhdəliklərinin azalması davam edir

Azərbaycanda bankların xarici öhdəliklərinin azalması davam edir


Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi 2017-ci il iyulun 1-nə 6 800,4 mln. manat təşkil edib.

ucarliyiq.biz Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyunun 1-nə olan analoji göstərici ilə müqayisədə 28,8 mln. manat və ya 0,42% azdır. Keçən ilin analoji dövrü ilə müqayisədə isə kommersiya banklarının xarici öhdəlikləri 174,6 mln. manat və ya 2,64% artıb. Qeyd edək ki, xarici öhdəliklərdə azalma ardıcıl 5 ay davam edir.

ucarliyiq.biz-in analitik qrupu hesab edir ki, manatın məzənnəsinin sabitləşməsi fonunda kommersiya banklarının xarici öhdəliklərinin tədricən azalması prosesi davam edəcək. Dollar ekvivalentində xarici öhdəliklər iyulun 1-nə 3 995,3 mln. təşkil edib. Bu göstərici iyunun 1-nə 4 012,5 mln. dollar olub. Yəni, dollar ekvivalentində xarici öhdəliklər 17,2 mln. dollar və ya 0,43% azalma göstərib.

Qeyd edək ki, kommersiya banklarının xarici öhdəliklərinin rekord həddi bu ilin yanvar ayında qeydə alınıb və 8 071,7 mln. manat və ya 4 211,7 mln. dollara bərabər olub. Yəni, real olaraq bank sektorunun xarici öhdəlikləri ilin əvvəlindən 216,4 mln. dollar və ya 5,14% azalma göstərib.

scroll top