» » Azərbaycanda bank depozitlərinin dollarlaşma dərəcəsi yenidən artıb

Azərbaycanda bank depozitlərinin dollarlaşma dərəcəsi yenidən artıb

Azərbaycanda bank depozitlərinin dollarlaşma dərəcəsi yenidən artıb
© Report.az

Azərbaycanda əhalinin bank əmanətləri üzrə dollarlaşma dərəcəsi 2017-ci il iyulun 1-nə 73,38% təşkil edib. Ötən ay bu göstərici 74,52%, yanvarın 1-nə 79,63%, keçən ilin analoji dövründə isə 80,59% olub.

ucarliyiq.bizun Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, cəmi depozit bazasında dollarlaşma dərəcəsi iyulun 1-nə 76,77% olub. Keçən ay bu göstərici 75,2%, bu il yanvarın 1-nə 75,29%, 2016-cı ilin analoji dövründə isə 80,21% təşkil edib.

Kreditlərin strukturunda isə 2017-ci il iyulun 1-nə dollarlaşma dərəcəsi 42,65%, yanvarın 1-nə 47,32%, ötən il iyulun 1-nə 48,11%-ə bərabər olub. Cari il iyunun 1-nə isə kreditlərin strukturunda dollarlaşma dərəcəsi 45,75% təşkil edib.

Interesting facts scroll top