» » Moskvanın mərkəzində ticarət mərkəzi yanıb

Moskvanın mərkəzində ticarət mərkəzi yanıb


Bu gün günorta saatlarında Moskvanın mərkəzi Taqanskaya meydanında ikimərtəbəli bina yanıb.

ucarliyiq.biz RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 36 şəxsi heyətinin olduğu 11 yanğınsöndürmə qrupu cəlb edilib. Binadan 120 nəfər evakuasiya edilib.

Hazırda yanğının sahəsi və başvermə səbəbi araşdırılır.

"Yandex xəritə" servisinin məlumatına görə, binada restoran və kafeləri olan ticarət mərkəzi yerləşir.

scroll top