» » AMB-nin notlarına 13 investor maraq göstərib

AMB-nin notlarına 13 investor maraq göstərib


Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100259S saylı dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 100 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” xəbər verir ki, hərraca 13 investor 260 410 600 manat məbləğində 14 sifariş təqdim edib və notların hamısı satılıb.

Sifarişlər 99,1148 manat (11,48%) – 99,2278 manat (10,01%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifarişlər üzrə kəsmə və orta ölçülmüş qiymətini 99,2278 manat (10,01%) səviyyəsində olmaqla AMB müəyyən edib.

Qiymətli kağızların ödəmə tarixi 6 sentyabr 2017-ci ildir.

scroll top