» » Azərbaycanda barama emalı və ipək istehsalçılarına əlavə subsidiya veriləcək

Azərbaycanda barama emalı və ipək istehsalçılarına əlavə subsidiya veriləcək

Azərbaycanda barama emalı və ipək istehsalçılarına əlavə subsidiya veriləcək

Azərbaycanda barama istehsalçılarına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər 1 kq-na görə 5 manat məbləğində subsidiyanın verilməsi məqsədilə Respublika Komissiyasının yekun iclası keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən ucarliyiq.biza daxil olan məlumata görə, iclasda barama istehsalçılarına subsidiyanın verilməsi ilə əlaqədar 10 rayon (şəhər) kənd təsərrüfatı idarəsinin təqdim etdiyi sənədlərə baxılıb və 1 035 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 106 307,16 kq yaş baramanın hər 1 kq-na görə 5 manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 531 535,8 manat məbləğində subsidiyanın verilməsinə dair qərar qəbul edilib.

Barama istehsalçılarına subsidiyanın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyi, “Kapital Bank” ASC və aidiyyəti rayon (şəhər) kənd təsərrüfatı idarələrinə göndərilib.

Respublika Komissiyası tərəfindən 2017-ci ildə ölkə üzrə ümumilikdə 2 421 barama istehsalçısına 239 791 kq yaş baramanın miqdarına görə dövlət büdcəsinin vəsaiti hesabına 1,2 mln. manat məbləğində subsidiyanın verilməsinə dair qərar qəbul edilib.

scroll top