» » İsveçrə frankı və qızıl Şimali Koreya ətrafında yaranan problemlərlə bahalaşır

İsveçrə frankı və qızıl Şimali Koreya ətrafında yaranan problemlərlə bahalaşır


İsveçrə frankının və qızılın məzənnəsi ABŞ-la Şimali Koreya arasında yaranan münaqişə səbəbindən bahalaşmağa başlayıb.

ucarliyiq.biz "Financial Times"a istinadən xəbər verir ki, bahalaşmaya səbəb bu maliyyə aktivlərinin qeyri-sabit dövrlərdə investisiya əsas vasitəsi kimi qəbul edilməsidir.

Qeyd edək ki, bu gün İsveçrə frankının avro ilə müqayisədə məzənnəsi 1,5%, dollarla müqayisədə isə 1,4% artıb. Qızılın məzənnəsi isə 1,43% artım göstərərək 1 280 dollar/unsiyanı ötüb.

Xatırladaq ki, avqustun 5-də BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyalar paketi qəbul edib. Sanksiyalar paketinin içində ölkənin ixracını əngəlləyən maddələr də yer alıb. Şimali Koreya isə öz növbəsində qərarı "terror aktı" kimi qiymətləndirərək fiziki qisas barədə fikirlər səsləndirib. ABŞ prezidenti Şimali Koreyanın istənilən hədəsinə sərt cavab verəcəyini, Şimali Koreya isə Sakit Okeanda yerləşən Quam adasını raket zərbəsi ilə vura biləcəyini açıqlayıb.

scroll top