» » Şimali Koreya hakimiyyəti ömürlük azadlıqdan məhrum edilmiş keşişi azadlığa buraxıb

Şimali Koreya hakimiyyəti ömürlük azadlıqdan məhrum edilmiş keşişi azadlığa buraxıb


Şimali Koreya hakimiyyəti ömürlük həbs cəzasına məhkum olunmuş kanadalı pastor (keşiş) Lim Xyon Suyu azadlığa buraxıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi agentliyi məlumat yayıb.

“Kanada vətəndaşı Lim Xyon Su səhhəti ilə əlaqədar olaraq, Koreya Xalq Demokratik Respublikası Ali Məhkəməsinin cari il avqustun 9-u tarixli uyğun qərarı əsasında azadlığa buraxılıb”, - rəsmi açıqlamada bildirilib.

Koreya əsilli kanadalı pastor Lim Xyon Su 2015-ci ildə ölkədə “pozuculuq fəaliyyəti ilə məşğul olduğuna görə” ömürlük azadlıqdan məhrum edilmişdi. O, cəzasını Şimali Koreya islah əmək müəssisələrindən birində çəkirmiş.

scroll top