» » Yəmən sahillərində qaçaqmalçı 50-dən çox yeniyetmə qaçqını suda batırıb

Yəmən sahillərində qaçaqmalçı 50-dən çox yeniyetmə qaçqını suda batırıb

Yəmən sahillərində qaçaqmalçı 50-dən çox yeniyetmə qaçqını suda batırıb

Efiopiya və Somalidən qaçqınları Yəmənin sahillərinə qeyri-leqal daşıyan qaçaqmalçı 120 yeniyetmə miqrantı gəmidən atıb.

ucarliyiq.bizun məlumatına görə, bu barədə "Reuters" Beynəlxalq Miqrasiya Təşkilatına istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, qaçaqmalçı yaxınlıqdakı sahil zonasında hökumət gəmisinə bənzəyən gəmini gördükdən sonra onları suya atıb. Axtarış-xilasetmə əməliyyatı nəticəsində Afrikadan olan 29 qaçqının qaçqının cəsədi tapılıb. Daha 22 nəfər isə itkin düşüb.

Suda boğulmuş miqrantların orta yaş həddi 16-dır.

scroll top