» » ABŞ-ın qırıcı təyyarəsi Florida sahillərində qəzaya uğrayıb

ABŞ-ın qırıcı təyyarəsi Florida sahillərində qəzaya uğrayıb

ABŞ-ın qırıcı təyyarəsi Florida sahillərində qəzaya uğrayıb
© "RİA Novosti"

ABŞ-ın "Northrop F-5" qırıcısı təlim uçuşu zamanı Florida ştatı sahillərində qəzaya uğrayıb.

ucarliyiq.biz "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Hərbi Hava Qüvvələrinin açıqlamasında bildirilir.

Qeyd olunur ki, təyyarənin qəzaya uğraması barədə xəbər yerli vaxtla saat 12:40-da daxil olub. Hərbi Hava Qüvvələrinin açıqlamasında bildirilir ki, "Northrop F-5" təlim uçuşu zamanı okeana düşüb.

Təyyarənin pilotu sahil mühafizəsinin əməkdaşları tərəfindən tapılıb və uğurla təxliyə edilib. Pilot xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı təhqiqat aparılır.

scroll top