» » KXDR: Tramp kimi ağılsız adamla dialoq qeyri-mümkündür

KXDR: Tramp kimi ağılsız adamla dialoq qeyri-mümkündür

KXDR: Tramp kimi ağılsız adamla dialoq qeyri-mümkündür
© Courtesy İmage

Rəsmi Pxenyan ABŞ prezidenti Donald Trampla dialoqu qeyri-mümkün hesab edir.

ucarliyiq.biz xəbər verir ki, bu barədə "France Presse" məlumat yayıb.

Məlumatda bildirilir ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) Trampı yalnız mütləq gücün təsir edə biləcəyi adam hesab edir.

"Belə ağılsız adamla sağlam dialoq mümkün deyil. Ona yalnız mütləq güc təsir edə bilər", - deyə agentlik KXDR-in ordu nümayəndəsinin Koreya Mərkəzi Teleqraf Agentliyə açıqlamasını sitat gətirib.

İki ölkə arasında münasibətlər Koreya Mərkəzi Teleqraf Agentliyinin son sutka ərzində KXDR-in ABŞ-ın Quam adasındakı hərbi bazasına raket zərbəsi endirməsi imkanlarına baxması barədə xəbər yaymasından sonra ciddi şəkildə kəskinləşib. ABŞ prezidenti Donald Tramp buna cavabında Koreya Xalq Demokratik Respublikasını atəşlə və qəzəblə hədələyib.

Interesting facts scroll top