» » İŞİD-dən qaçmış 17 indoneziyalı Cakartaya təhvil verilib

İŞİD-dən qaçmış 17 indoneziyalı Cakartaya təhvil verilib


İŞİD terror qruplaşmasının hakimiyyəti altında yaşamaq üçün Suriyanın terrorçulardan azad edilmiş Rakka şəhərinə gəlmiş İndoneziyanın 17 vətəndaşı bu ölkənin hakimiyyət orqanlarına təhvil verilib.

ucarliyiq.bizun məlumatına görə, bu barədə "Associated Press" İndoneziyanın hakimiyyət orqanlarına istinadən xəbər verib.

Suriya kürdlərinin nümayəndəsi Ömər Allouş bildirib ki, indoneziyalılar çərşənbə axşamı Suriya-İran sərhədinin keçid məntəqəsində təhvil verilib. Onun sözlərinə görə, aralarında kişilərin, qadınların və uşaqların olduğu indoneziyalılar onları evə qaytarmağı xahiş ediblər.

İraqın hakimiyyət orqanları hələlik bu informasiyanı təsdiqləməyiblər.

Agentliyin məlumatına görə, 17 nəfərdən ibarət indoneziyalı ailəsi Cakartanı tərk edərək Suriyaya gəliblər. Onlar İŞİD-in hakimiyyəti altında yaşamaq istəyiblər. Lakin real həyatda qəddarlıqla və terrorla üzləşmiş indoneziyalılar özünü xilafət elan etmiş qruplaşmadan qaçmağa qərar veriblər.

scroll top